İrakli Kobaxidze Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri seçilib.
Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri seçilib.
Operativ Media xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb.
Məlumata görə, müvafiq qərar bu gün qəbul edilib.
Qeyd edək ki, bu siyasi təşkilatın əvvəlki sədri İrakli Qaribaşvili aprelin 25-də siyasətdən və partiya rəhbərliyindən getdiyini açıqlayıb.