AZ

İrakli Kobaxidze “Gürcü Arzusu”nun sədri seçildi

Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib.

Tribunainfo.az xəbər verir ki, müvafiq qərar bu gün qəbul edilib.

O, 2021-2024-cü illərdə artıq bu vəzifəni tutub.

Qeyd edək ki, bu siyasi təşkilatın əvvəlki sədri İrakli Qaribaşvili aprelin 25-də siyasətdən və partiya rəhbərliyindən getdiyini açıqlayıb.

 

APA

Seçilən
0
11
tribunainfo.az

10Mənbələr