Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb.
Axar.az Report-a istinadla xəbər verir ki, hazırda Rüfət Səfərov və müdafiəçiləri cinayət işi ilə tanış olurlar. Rüfət Səfərovun cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.