AZ

Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilir

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda Rüfət Səfərov və müdafiəçiləri cinayət işi ilə tanış olurlar. Rüfət Səfərovun cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
0
15
far.az

10Mənbələr