AZ

Qurban bayramı günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Bakı, 7 may, AZƏRTAC

Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, 6, 7, 8 və 9 iyun tarixlərində qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

Biletləri ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.

Seçilən
0
8
azertag.az

10Mənbələr