AZ

ABŞ-ın bir həftə ərzində ikinci döyüş təyyarəsi  dənizə düşdü

Amerikaya məxsus F-18 qırıcısı mayın 6-da “Harry S. Truman” təyyarədaşıyan gəmisinin göyərtəsinə uğursuz eniş etdikdən sonra Qırmızı dənizə düşüb. Anonimlik şərti ilə iki Pentaqon mənbəsi “Reuters”-ə bildiriblər ki, bu, bir həftə ərzində eyni gəmi ilə bağlı ikinci insidentdir.

Onların sözlərinə görə, təyyarə əyləc edə bilməyib və göyərtədən suya düşüb. Hər iki pilot katapultdan istifadə ediblər və xilasedici helikopterlə göyərtəyə qaldırılıblar. Onların yüngül xəsarətləri olub, digər dənizçilərə isə heç bir zərər dəyməyib.

Bundan əvvəl, aprelin sonunda, eyni təyyarədaşıyan gəminin başqa bir qırıcısı da dənizə düşüb. “Truman” ABŞ-ın Yəmən Husilərinə qarşı əməliyyatlarında iştirak edir.

Bir F-18-in qiyməti 60 milyon dolları keçə bilər. Bu cür hadisələr nadir hallarda baş verir, lakin belə qısa müddətdə ikisi aviadaşıyıcının fəaliyyəti və ona texniki qulluq vəziyyəti ilə bağlı suallar yaradır.

Almaz Həsənli

Seçilən
0
1
oxumeni.az

2Mənbələr