AZ

ABŞ bir həftə ərzində iki qırıcını suya axıtdı


ABŞ-a məxsus F-18 qırıcısı mayın 6-da “Harry S. Truman” təyyarədaşıyan gəmisinin göyərtəsinə uğursuz eniş etdikdə Qırmızı dənizə düşüb. Anonimlik şərti ilə iki Pentaqon mənbəsi Reuters-ə bildiriblər ki, bu, bir həftə ərzində eyni gəmi ilə bağlı ikinci insidentdir. Onların sözlərinə görə, təyyarə əyləc edə bilməyib və göyərtədən suya düşüb. Hər iki pilot özlərini qurtarmağa müvəffəq olub və xilasedici helikopterlə göyərtəyə qaldırılıb. Onların yüngül xəsarətləri olub, digər dənizçilərə isə heç bir zərər dəyməyib.

Bundan əvvəl, aprelin sonunda, eyni təyyarədaşıyan gəminin başqa bir qırıcısı da dənizə düşdü. Truman ABŞ-ın Yəmən Husilərinə qarşı əməliyyatlarında iştirak edir. Bir F-18-in qiyməti 60 milyon dollardan artıqdır. Bu cür hadisələr nadir hallarda baş verir, lakin belə qısa müddətdə iki belə halın baş verməsisuallar yaradır.

Surxay Əliyev

Seçilən
0
1
baki-xeber.com

2Mənbələr