Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
ADY-dən “APA-Economics”ə verilən məlumata görə, 6, 7, 8 və 9 iyun tarixlərində qatarlarımız həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.
Biletləri saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən, vağzal və stansiya kassalarından əldə etmək olar.
