Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub.
Bu barədə "Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
"Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki "Rafale” və Rusiya istehsalı olan bir "Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, - telekanalın mənbələri qeyd ediblər.
Təyyarələrdən biri Pakistanın "hava-hava” tipli raketi ilə məhv edilib. Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.
01:31
Pakistanın Hava Hücumundan Müdafiə Sistemi Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan iki "Rafale” qırıcısını vurub.
Bu barədə "SAMAA TV” Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.