Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub.
KONKRET.az-ın xəbərinə görə, bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, – telekanalın mənbələri qeyd ediblər.
Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib. Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.