AZ

Kiyevə hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Kiyev, 7 may, AZƏRTAC

Mayın 7-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və dronlarla hücum nəticəsində azı 2 mülki şəxs həlak olub, 8-i isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında məlumat verib.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin isə yaydığı məlumata görə, hava hücumu nəticəsində Kiyevin Svyatoşin, Solomen, Şevçenko, Dneprovski rayonlarında dağıntılar qeydə alınıb.

Dronların Svyatoşin rayonunda yaşayış binasına dəyməsi nəticəsində yanğın baş verib. 5 nəfər xilas edilib, 3 uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam edir.

Şevçenko rayonunda dronun qalıqları yaşayış binasının üzərinə düşüb, 3-cü və 5-ci mərtəbələrdəki mənzillər yanıb. Yanğının söndürülməsi zamanı 2 nəfərin meyiti aşkarlanıb.

Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, partlayışlar baş verib. Solomen rayonuna raket qalıqları düşməsi nəticəsində anbarda yanğın baş verib. Hər hansı itki qeydə alınmayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
0
3
azertag.az

5Mənbələr