AZ

Rusiya Kiyevə dronlarla hücum edib, ölənlər var


Bu gecə Rusiyanın Kiyevə raket və dronlarla hücum nəticəsində azı 2 mülki şəxs həlak olub, 8-i isə xəsarət alıb. Bu barədə Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında məlumat verib. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin isə yaydığı məlumata görə, hava hücumu nəticəsində Kiyevin Svyatoşin, Solomen, Şevçenko, Dneprovski rayonlarında dağıntılar qeydə alınıb.
Dronların Svyatoşin rayonunda yaşayış binasına dəyməsi nəticəsində yanğın baş verib. 5 nəfər xilas edilib, 3 uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam edir.

Mətləb

Seçilən
0
3
baki-xeber.com

2Mənbələr