AZ

Kammu və Kəşmirdə Hindistanın üç döyüş təyyarəsi düşüb

Hindistanın “Sindur” əməliyyatı elan etməsindən bir neçə saat sonra Kammu və Kəşmirdə üç döyüş təyyarəsi qəzaya uğrayıb...

Poliqon xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı dörd mənbəyə istinadən Reuters Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təyyarələrdən birinin pilotu yaralanıb və xəstəxanaya aparılıb. Qeyd edək ki, ötən axşam Hindistanın “Sindur” əməliyyatı elan etməsindən sonra Pakistan cavab cərbəsi öndirib. Palistan mənbələri Hindistanın 3 döyüş təyyarəsini vurduqlarını da bildiriblər.

Britaniyanın “The Guardian” qəzeti də analoji hadisə barədə məlumat yayıb: Kəşmirin cənubundakı Uuyan kəndində bir döyüş təyyarəsi məktəbin ərazisinə düşüb. Hadisə Hindistanın Pakistana hücumundan az sonra baş verib.

Qeyd edək ki, mayın 6-da axşam saatlarında Hindistan Ordusu Pakistandakı doqquz “terror infrastrukturu” obyektinə raket zərbələri endirərək “Sindur” əməliyyatına başladığını elan edib. Pakistan bunu müharibə səbəbi adlandırıb və cavab verib.

Poliqon.info

Seçilən
0
14
poliqon.info

10Mənbələr