AZ

Basketbol: “Neftçi”dən final seriyasında ilk qələbə

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün final seriyası davam edir.

Arena.az xəbər verir ki, bu gün həlledici seriyanın 3-cü oyunu keçirilib.

İlk iki görüşdə qələbə qazanmış “Sabah” “Neftçi”ni sınağa çəkib. Bakı İdman Sarayında təşkil olunmuş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar” birinci periodda əldə etdikləri 17 xallıq üstünlüyü sonadək qoruyublar. “Neftçi” 3 xal fərqi ilə qalib gəlib.

Növbəti oyun iki gün sonra keçiriləcək.

Qeyd edək ki, final seriyası 4 qələbəyədək davam edəcək.

Azərbaycan Basketbol Liqası
Finalın 3-cü oyunu
6 may

“Sabah” – “Neftçi” 76:79 (9:26, 32:16, 19:20, 16:17)
Bakı İdman Sarayı.
Seriyada hesab – 2:1.

Seçilən
0
1
arena.az

3Mənbələr