AZ

"Neftçi" "Sabah"a məğlubiyyətlərdən birinin əvəzini çıxdı

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, dünən həlledici seriyanın 3-cü oyunu keçirilib. İlk iki görüşdə qələbə qazanan “Sabah” “Neftçi”ni sınağa çəkib. Bakı İdman Sarayında təşkil olunan görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar" birinci periodda əldə etdikləri 17 xallıq üstünlüyü sonadək qoruyublar. "Neftçi" 3 xal fərqi ilə qalib gəlib.

Final seriyası 4 qələbəyədək davam edəcək.

Azərbaycan Basketbol Liqası
Final, 3-cü oyun
6 may
Sabah – Neftçi 76:79 (9:26, 32:16, 19:20, 16:17)

Bakı İdman Sarayı
Seriyada hesab – 2:1

Seçilən
0
1
football-plus.az

3Mənbələr