AZ

Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib


Moskvanın Vnukovo və Domodedovo hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
Korenyakonun sözlərinə görə, məhdudiyyətlər həm təyyarələrin buraxılmasına, həm də qəbuluna təsir edəcək. O, bu qərarının səbəbini açıqlamayıb.

"Moskva vaxtı ilə saat 18:19-dan etibarən Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o yazıb.
Qeyd edək ki, analoji tədbirlər daha əvvəl Moskva vilayətindəki Jukovski hava limanı ilə bağlı həyata keçirilib.

aia.az
Tərcümə şöbəsi




Seçilən
0
22
aia.az

10Mənbələr