Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.