AZ

Mahir Emreli Bundesliqada qalır?

Mahir Emreli karyerasını Bundesliqada davam etdirmək istəyir.
 
Bu barədə "Bild" nəşri yazıb.
 
Qeyd olunur ki, son həftələrdə güclü çıxışlardan və son dörd oyunda dörd qoldan sonra Mahirin yeni müqavilə imzalaması istisna edilmirdi. Oyunçu ilə rəhbərlik arasında müvafiq danışıqlar da aparılmışdı. Lakin razılıq əldə olunmadı.
 
Əlavə edilir ki, Azərbaycan millisinin oyunçusu "Nürnberq"ə gələndə zədəli idi və buna görə də kluba ucuz başa gəlmişdi.
 
"İndi isə hücumçu özünü daha yaxşı danışıq mövqeyində görür və ən çox Bundesliqa klubunda yer almaq istəyir", - nəşr yazır.
 
17:46
 
Almaniyanın "Nürnberq" klubunun idman direktoru Joti Xatsialeksiu cari mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib.
 
II Bundesliqa təmsilçisinin rəsmisi bu barədə klubun saytına açıqlama verib.
 
O, 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb:
 
"Müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür edirəm".
 
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada yeddi, Almaniya Kubokunda bir qola imza atıb.
 
17:00
 
Almaniyanın "Nürnberq" klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.
 
Moderator.az II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.
 
Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında "Nürnberq"lə 1 illik müqavilə imzalamışdı.
Seçilən
0
7
moderator.az

10Mənbələr