Bakı. Trend:
Almaniyanın “Nürnberq” klubu bu mövsümün sonunda Azərbaycanmillisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.
Trend 2-ciBundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq.Tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında “Nürnberq”lə1 illik müqavilə imzalamışdı.