AZ

Lavrov: Demək olar ki, bütün Avropa bizimlə müharibədədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, demək olar ki, bütün Avropa faşist bayrağı altında silahlanaraq bizimlə döyüşür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rusiyanın nasist birliklərinə qarşı döyüşdüyünü izah edən Lavrov, “bəzi qüvvələr məşəl yürüşü təşkil edən Ukrayna prezidenti Vladimir Zelenskinin anti-Rusiya, irqçi rejiminə dəstək verərkən, onun döyüşə göndərdiyi əsgərlər qollarına nasist birliklərinin yamaqlarını taxıb, nasistlərin altında birləşiblər” deyib.

Lavrov sözügedən qoşunların keçmişdə olduğu kimi Rusiyaya strateji məğlubiyyət vermək üçün səy göstərdiyini və keçmişdən alınan diplomatik dərslərin unudulmaması lazım olduğunu bildirib.

Seçilən
0
4
operativmm.az

5Mənbələr