AZ

Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət - Video

Xəbər verdiyimiz kimi, aprelin 23-ü Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsində uçmuş körpü müvəqqəti təmir olunaraq yenidən istismara verilib.

“Qafqazinfo”nun məlumatına görə, Qubanın rayon mərkəzini 60-dan artıq kəndlə birləşdirən yolun üzərindəki körpünün hazırkı vəziyyəti də ürəkaçan deyil. Belə ki, sosial şəbəkələrdə körpünün kənardan çəkilmiş görüntüsü yayılıb. Görüntüdən körpünün tağlarından birinin çökməsi və bu səbəbdən tağları birləşdirən plitələrin də əyilməsi aydın görünür.

Ərazidəki vəziyyət sürücülərdə narahatlıq yaradıb. Mütəxəssislər güclü sel nəticəsində körpünün tamamilə çökə biləcəyini və bunun ağır fəsadlarının ola biləcəyini qeyd edirlər.



Seçilən
0
7
qafqazinfo.az

9Mənbələr