AZ

"Qalatasaray" müdafiəçisi ilə müqaviləni uzatdı

Türkiyə Super Liqasında çempionluq üçün yarışan "Qalatasaray" heyətini qorumağa çalışır.

"Qalatasaray" Kaan Ayhanın müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.

Operativ Media xəbər verir ki, "sarı-qırmızılı" klub bununla bağlı Türkiyə Futbol Federasiyasına rəsmi bildiriş göndərib.

2023-cü ilin iyulunda "Sassuolo"dan 2,8 milyon avroya "Qalatasaray"a transfer olunan 30 yaşlı müdafiəçi 93 matçda forma geyinib, 2 qol və 6 məhsuldar ötürmə statistikasına imza atıb.

“Qalatasaray”la 2 çempionluq yaşayan Kaan bu mövsüm 38 rəsmi matçda 3 məhsuldar ötürmə edib.

Seçilən
0
operativmedia.az

1Mənbələr