BAKI, 6 may. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 4,9 dəfə artaraq 165,7 milyon dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Azərbaycandan İsveçrəyə ixrac 123,4 milyon dollar (6 dəfə artım), İsveçrədən Azərbaycana idxal isə 42,3 milyon dollar (3,2 artım) təşkil edib.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,37% təşkil edib.