AZ

İsveçrəyə məhsul ixracının həcmi əhəmiyyətli dərəcədə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 8,1 dəfə artaraq 136,9 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan İsveçrəyə ixrac: 97,4 milyon dollar (+12,3 dəfə)

İsveçrədən Azərbaycana idxal: 39,4 milyon dollar (+4,4 dəfə)

Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,53 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Seçilən
138
2
vergiler.az

4Mənbələr