Paltaryuyan maşından gələn statik elektrik, geyimlərin bir-birinə yapışmasına, həmçinin bəzi materialların vaxtından əvvəl zədələnməsinə səbəb ola bilər. Bu problemi həll etməyin sadə, lakin təsirli üsulu ortaya çıxıb.
Alüminium folqadan hazırlanan kiçik şarları paltarla birlikdə maşına atmaq statik elektrik yığılmasının qarşısını alır. Bunun sayəsində paltarlar daha yumşaq olur, bir-birinə yapışmır və daha təmiz görünür.
Bu üsul həmçinin paltar yumşaldıcılarının istifadəsini azaltmağa imkan verir. Mütəxəssislər bildirirlər ki, təxminən tennis topu ölçüsündə üç ədəd folqa şarından istifadə etmək kifayət edir.
Şarlar bir neçə yuma dövründə effektivliyini qoruyur və əvəzolunması üçün yenidən sadəcə folqadan yenilərini düzəltmək kifayətdir.
Təhlükəsiz və qənaətcil olan bu üsul getdikcə daha çox insan tərəfindən sınanır və gündəlik həyatın faydalı "hiyləsi" kimi paylaşılır. (Milli.az)