AZ

Rusiyanın beş hava limanında məhdudiyyətlər götürülüb

Rusiyanın 6 şəhərində hava limanlarında təyyarələrin eniş və qalxmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Editor.az xəbər verir ki, bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako öz teleqram kanalında məlumat verib.

Moskva vaxtı ilə saat 06:00-dan etibarən Samara hava limanında (Kurumoç) təyyarələrin eniş və qalxmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. İvanovo (Yujnı), Kaluqa (Qrabtsevo), Nijni Novqorod (Strigino) və Yaroslavl (Tunoşna) hava limanları Moskva vaxtı ilə saat 06:06-da fəaliyyətini bərpa edib.

Gecə saatlarında başqa şəhərlərdən Moskva, Nijni Novqorod və Sankt-Peterburq hava limanlarına uçan ən azı 10 təyyarə eniş üçün istiqamətləndirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, mayın 6-na keçən gecə hava hücumundan müdafiə qüvvələri paytaxta doğru uçan 20-yə yaxın pilotsuz uçan aparatı vurub. Onun sözlərinə görə, PUA-nın qalıqları Kaşirskoye şossesinə düşüb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
22
editor.az

10Mənbələr