AZ

Azərbaycanda islam maliyyəsi alətlərinin tətbiqi müzakirə olunub

BAKI, 6 may. TELEQRAF

Azərbaycan Mərkəzi Bankının sədr müavini Əli Əhmədov Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş investisiya direktoru və bankçılıq departamentinin baş meneceri Bahaaledin Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, görüş çərçivəsində Azərbaycanda islam maliyyəsi alətlərinin tətbiqi və onun maliyyələşmə mənbələrinin diversifikasiyasındakı rolu müzakirə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr