AZ

İslam maliyyəsi alətlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 6 aprel, AZƏRTAC

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş investisiya direktoru və bankçılıq departamentinin baş meneceri Bahaaledin Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində ölkədə islam maliyyəsi alətlərinin tətbiqi və onun maliyyələşmə mənbələrinin diversifikasiyasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Seçilən
0
1
azertag.az

2Mənbələr