AZ

"ASAN xidmət" "ZİRVƏ" idarəçilik marafonuna start verib

Bakı.Trend:

6 may 2025-ci il tarixində “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlikvizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib.

Trend xəbərverir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindənreallaşdırılır.

Məqsəd Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə vəliderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilhamalan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və MilliMəclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər.

Rəsmilər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətquruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindənözünün ən dinamik dövrünü yaşadığını qeyd ediblər. Diqqətəçatdırılıb ki, Azərbaycan Prezidentinin idarəetmə sahəsində həyatakeçirdiyi tədbirlər və çoxşaxəli islahatlar ölkəmizin tərəqqisinəəsaslanıb.

Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş,idarəetmə və liderlik mövzusunu əhatə edən eyni zamanda ASANİnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayişetdirilib, təqdimat baş tutub.

Sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələrreallaşdırılıb.

Layihəyə əsasən 6 may - 6 iyul 2025-ci il tarixində müxtəlifdövlət və özəl sektordan olan 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilətəcrübə mübadiləsi” görüşlərində və “İdarəetmədə innovativ liderlikbacarıqları” mövzularında təlimlərdə, "ASAN xidmət" təcrübəsi ilətanışlıq tədbirlərində iştirak edəcək. Həmçinin işğaldan azadedilmiş ərazilərə infoturlar təşkil ediləcək və “Təəssüratlartoplusu” onlayn kitabı nəşr olunacaq.

Məqalədə:
Seçilən
0
7
az.trend.az

10Mənbələr