AZ

Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi “Zirvə” idarəçilik marafonuna start verildi — FOTOLAR

2025-ci il 6 may tarixində “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib.

Layihə, Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Prezident İlham Əliyevin Zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilhamlanan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər.

Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən videoçarx nümayiş etdirilib.

Daha sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr təşkil olunub. Paneldə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbov rəhbərlik etdiyi biznes strukturunun dəyərlərindən, korporativ mədəniyyətindən və idarəetmə metodlarından bəhs edib, ünvanlanan sualları ətraflı cavablandırıb. O, şirkətin idarə olunmasında xarici təcrübənin yanaşı olaraq, milli-mənəvi dəyərlərin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Layihəyə əsasən, 6 may – 6 iyul 2025-ci il tarixləri arasında müxtəlif dövlət və özəl sektoru təmsil edən 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” görüşlərində və “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzusunda təlimlərdə, həmçinin "ASAN xidmət" təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil olunacaq və “Təəssüratlar toplusu” adlı onlayn kitab nəşr ediləcək.









Seçilən
0
4
demokrat.az

10Mənbələr