AZ

Qısamüddətli maliyyə ehtiyaclarına çevik həll: Overdraft kredit məhsulu

Expressbank ASC, hüquqi şəxslər və fərdi sahibkarlar üçün cari hesabda vəsait olmadıqda belə əməliyyatların icrasına imkan verən Overdraft kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu məhsul qısamüddətli maliyyə ehtiyaclarının qarşılanması üçün ideal həll yoludur.

Kreditin şərtləri:

  • Limit məbləği: 5 000 - 100 000 AZN
  • Limitin aktiv olduğu müddət: 12 ay
  • Limitdən istifadə müddəti: 2 ay
  • İllik faiz: 16% (ilk 7 gün faizsiz)
  • Komissiya: 0,5%
  • Valyuta: AZN
  • Təminat: Əsasən təminatsız

Tələb olunan sənədlər:

  • Hüquqi sənədlər
  • Bank hesabından çıxarışlar
  • Sonuncu mənfəət vergi bəyannaməsi

Bu məhsul xüsusilə cari xərclərin operativ şəkildə ödənilməsi və maliyyə dövriyyəsinin fasiləsizliyi üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid: //www.expressbank.az/az/service/overdraft

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr