AZ

ABŞ dörd ulduzlu generalalrın sayını azaldır

ABŞ Müdafiə Naziri generalların və admiralların sayını azaltmaq barədə əmr verib...

Pentaqon rəhbəri Pit Heqset dörd ulduzlu paqonlara sahib olan general və admiralların sayının ən azı 20% azaldılması barədə göstəriş verib.

Poliqon xəbər verir ki, CNN telekanalı bu barədə müdafiə nazirinin imzaladığı memoranduma istinadən məlumat yayıb.

Heqsetin fikrincə, yüksək rütbəli zabitlərin və lazımsız vəzifələrin sayının azaldılması Silahlı Qüvvələrin nizamlanması və təşkili məqsədilə artıq strukturun ləğvi istiqamətində zəruri addımdır.

Bu baxımdan, müdafiə naziri hesab edir ki, ABŞ Milli Qvardiyasında generalların sayı 20%, ordu və donanmada yüksək rütbəli zabitlərin ümumi sayı isə 10% azaldılmalıdır.

CNN-in məlumatına görə, hazırda ABŞ Silahlı Qüvvələrində dörd ulduzlu olan 37 general və admiral var. Bir ulduz və daha yüksək rütbəsi olanların sayı isə 900-ə yaxındır.

Qeyd edək ki, aprelin 15-də ABŞ prezidenti Donald Trampın administrasiyasının Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər ixtisar etməyi planlaşdırdığı barədə məlumat yayılıb.

Poliqon.info

Seçilən
0
3
poliqon.info

4Mənbələr