AZ

Hərbi ekspert: Moskva vurulsa, Kiyev xarabalığa çevriləcək

BAKI, 6 may. TELEQRAF

Mayın 9-da Ukrayna Silahlı Qüvvələrinin Moskvaya hücumu halında, Kiyevə bir neçə dəqiqə ərzində sarsıdıcı zərbə vurulacaq.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Xodarenok deyib.

Onun sözlərinə görə, Rusiya cavab zərbəsi üçün “Kh-101” və “Kh-555” tipli uzaqmənzilli qanadlı raketlər, Hərbi Dəniz Qüvvələrinin “Kalibr-PL” və “Kalibr-NK” qanadlı raketlər, pilotsuz uçan aparatları və “İsgəndər-M” raket sistemlərindən istifadə edə bilər.

M.Xodarenok deyib ki, belə hal baş verərsə, Ukrayna paytaxtının mərkəzi xarabalığa çevriləcək. O, həmçinin hökumət binalarının, o cümlədən Ukrayna prezidentinin dəftərxanasının atəşə məruz qala biləcəyini təxmin edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Qırmızı Meydandakı Qələbə Paradına hücum ehtimalına eyham vuraraq demişdi ki, Kiyev 9 may bayramı üçün Moskvaya gələcək xarici liderlərin təhlükəsizliyinə zəmanət vermir.

Seçilən
0
teleqraf.com

1Mənbələr