AZ

“Milan” A Seriyasında səfərdə “Cenoa”nı məğlub edib

İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

"Milan" A Seriyasının 35-ci turunda səfərdə "Cenoa"ya qalib gəlib - 2:1.

Operativ Media xəbər verir ki, hesabı 61-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vitinya açıb. 76-cı dəqiqədə qonaqlar hücumçu Rafael Leaonun qolu sayəsində hesabı bərabərləşdirib, 77-ci dəqiqədə isə “Cenoa”nın yarımmüdafiəçisi Morten Frendrup avtoqola imza atıb.

"Milan"ın 57 xalı var və A Seriyasının turnir cədvəlində 9-cu yerdədir. “Cenoa” isə 39 xalla 13-cü yerdə qərarlaşıb.

Seçilən
0
operativmedia.az

1Mənbələr