AZ

Moskvaya uçan azı 10 təyyarə Nijni Novqorod və Sankt-Peterburqa enib

Başqa şəhərlərdən Rusiyanın paytaxtı Moskvaya uçan azı 10 təyyarə paytaxt hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən müvəqqəti olaraq Nijni Novqorod və Sankt-Peterburq hava limanlarına enişə istiqamətləndirilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Xüsusən Dalaman, Antalya, Soçi, Belqrad, Kalininqrad, Sankt-Peterburq, Hurqada, İstanbul və Dubaydan uçuşlara aiddir. “Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra təyyarələr təyinat yerinə çatacaq”, - informasiya xidmətlərinin nümayəndələri izah ediblər.

Qeyd edək ki, bundan əvvəl “Rosaviasiya” mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə yerli vaxtla saat 00:57-dən (Bakı vaxtı ilə saat 01:57) etibarən “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini bildirib. Yerli vaxtla saat 01:15-dən (Bakı vaxtı ilə saat 02:15) etibarən “Şeremetyevo” hava limanında da analoji məhdudiyyətlər qüvvədədir. "Hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir", - qurumun açıqlamasında deyilir.

Seçilən
0
9
report.az

10Mənbələr