AZ

Fransanın Ədliyyə naziri: "Ölkədə təhlükəsiz yer qalmayıb"

PARİS, 6 may. TELEQRAF

Fransada kriminogen vəziyyət son illərdə xeyli pisləşib və artıq ölkədə təhlükəsiz yer qalmayıb.

Teleqraf xəbər verir ki, bunu ölkənin Adliyyə naziri Gerald Darmanin “Legend” onlayn nəşrinə verdiyi müsahibədə deyib.

O bildirib: "İndi heç bir təhlükəsiz yer qalmayıb. Məsələn, narkotik həmişə olub, amma indi ən kiçik kənddə belə kokain və konnabis (nəşə- red.) haqqında bilirlər - narkotik əvvəllər yalnız böyük şəhərlərdə, metroda var idi. İndi bu fenomen metastaz verib və fransızlar üçün adi hala çevrilib. Yelisey çölünə çıxanda başa düşürsən ki, hər an oğrularla üzləşə və ya izdihamın hərəkətindən əziyyət bilərsən - hər yerdə oğrular var”, - deyən nazir əlavə edib ki, ümumilikdə Fransada “​​qəddarlıq” çoxalıb.

Onun sözlərinə görə, bu mənfi tendensiyalara qarşı mübarizəyə “cəmiyyətdə texnologiya, vətəndaş azadlıqları haqqında paranoyya” və şəxsi məlumatların kataloqlaşdırılması mane olur. Onun fikrincə, üz tanınma texnologiyasından istifadə cinayətlə mübarizənin açarıdır. Nümunə olaraq, nazir Dubay və Sinqapur təcrübəsinə istinad edib ki, artıq hava limanlarında belə texnologiyadan istifadə olunur.

Seçilən
0
1
teleqraf.com

3Mənbələr