AZ

Tanınmış kapitan: "Sübut etdik ki, birinci yerə layiqik"

"Azarkeş dəstəyi möhtəşəm idi".

Sportinfo.az xəbər verir ki, bunu “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev jurnalistlərə açıqlamasında deyib.

Yarımmüdafiəçi Azərbaycan II Liqasının XXIV turunda səfərdə “Şəfa” ilə qolsuz bərabərliklə bitən oyun (0:0) haqqında danışıb.

36 yaşlı futbolçu bildirib ki, komandası növbəti matçlarda da yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək:

"Harada oynamağımızdan asılı olmayaraq, azarkeşlər həmişə bizim yanımızdadırlar. Bu uğur onlarındır".

Əmirquliyev komandasının "Şəfa" ilə matça xüsusi önəm verdiyini vurğulayıb:

"Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirsiniz ki, rəqib II Liqanın seçilən komandalarındandır, güclü heyəti, güclü məşqçisi var.

Ancaq bu o demək deyil ki, biz zəiflik.Sübut etdik ki, birinci yerə layiqik.

Çalışacağıq ki, növbəti iki oyunda maksimum nəticə qazanıb birinci yeri qoruyaq".

“Şahdağ Qusar” 68 xalla turnir cədvəlinin lideri, “Şəfa” isə 65 xalla ikincisidir.

Seçilən
0
sportinfo.az

1Mənbələr