AZ

Bank hesabının açılmasından İMTİNA

Müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadıqda, bank hesabının açılmasından imtina edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında əksini tapıb.

Bank, sənədlərdəki uyğunsuzluqlara görə hesab açılmasını dayandıra bilər. Müştərinin məlumatları qeyri-dürüst və ya təhrif olunmuş olduqda hesab açılmır. Həmçinin, əgər müştərinin və ya səlahiyyətli nümayəndəsinin adı “Hədəfli maliyyə sanksiyaları” siyahısında varsa, hesab açılmasından imtina edilir. Bu tədbirlər, bankın əməliyyatlarının hüquqi təhlükəsizliyini təmin edir. Hesabın açılmasından imtina edildikdə, müştəriyə səbəbi yazılı şəkildə bildirilir.

Seçilən
0
heftelik.az

1Mənbələr