AZ

Ölümdən son anda xilas olan modeldən PAYLAŞIM – FOTO

2009-cu ildə “Miss Turkey” yarışmasında ikinci yerə layiq görülən və Türkiyəni Kainat Gözəllik Yarışmasında təmsil edən modelin evində elektrikli soba alışaraq yanğına səbəb olub.

News24.az medianews.az-a istinadla xəbər verir ki, Senem Kuyucuoğlu evində baş verən yanğından son anda xilas olub. 

Alovların arasında qalan Senem Kuyucuoğlu birinci və ikinci dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Müalicədən sonra evə buraxılan model, sosial media hesabında payalaşım edib.

Modelin paylaşımında 52 gün öncə vəfat edən anası ilə bağlı yazdığı sözlər də hər kəsi duyğulandırıb.

“Hələ də həyatda olduğum üçün şükür edirəm. Məni yanğın zamanı yuxudan anamın oyandırdığını düşünürəm. Məni sevən hər kəsdən anam üçün dua etmələrini istəyirəm”,-deyə model paylaşımında bildirib.


Seçilən
0
1
news24.az

2Mənbələr