AZ

Tramp: Ölənlərin həqiqi sayını öyrənəndə çox məyus olacaqsınız

BAKI, 5 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümündə Ukraynada atəşkəs elan etmək qərarını yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

D.Trampın sözlərinə görə, indi bütün tərəflər münaqişənin həlli üçün əlverişli mövqedədir: “Həm Rusiya, həm də Ukrayna məsələnin sülh yolu ilə həllinə sadiqdir.

Mən prezident olmasaydım, heç kim bunu həll etməzdi. Vaşinqton administrasiyasının əvvəlki lideri Co Bayden Putinlə üç il danışmadı və bunların heç biri baş verməməli idi. Ölənlərin həqiqi sayını öyrənəndə çox məyus olacaqsınız. Bu, çox ölümcül və dəhşətli müharibədir".

Qeyd edək ki, V.Putin mayın 8-dən 11-nə qədər atəşkəs elan etmək qərarına gəlib. Kremlin məlumatına görə, həmin müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr