Beyləqan, 5 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Beyləqan-Füzuli avtomobil yolunun kənarında ərazinin torpaq-iqlim şəraitinə uyğun 200-dən çox müxtəlif növ ağac tingləri əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.