Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiya zamanı Beyləqan-Füzuli avtomobil yolunun kənarında ərazinin torpaq-iqlim şəraitinə uyğun 200-dən çox müxtəlif növ ağac tingləri əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta