AZ

Tramp Ukrayna məsələsində fəaliyyətlərini Ərdoğanla əlaqələndirəcək

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla əlaqələndirmək niyyətindədir.

Sitat.info  xarici agentliklərə istinadən xəbər verir ki, bunu Tramp Ərdoğanla telefon danışığından sonra Truth Social hesabında yazıb: “Hər bir halda Rusiya və Ukrayna arasında gülünc, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm”.

O əlavə edib ki, liderlər Ukrayna, Suriya və Qəzzadakı vəziyyəti müzakirə ediblər. "Prezident məni gələcəkdə Türkiyəyə səfərə dəvət etdi və özü də Vaşinqtona gəlməyi planlaşdırır".

Seçilən
0
1
sitat.info

2Mənbələr