ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla əlaqələndirmək niyyətindədir.
Bunu Tramp Ərdoğanla telefon danışığından sonra Truth Social hesabında yazıb: “Hər bir halda Rusiya və Ukrayna arasında gülünc, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm”.
O əlavə edib ki, liderlər Ukrayna, Suriya və Qəzzadakı vəziyyəti müzakirə ediblər. "Prezident məni gələcəkdə Türkiyəyə səfərə dəvət etdi və özü də Vaşinqtona gəlməyi planlaşdırır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta