AZ

Türkiyə PKK-nın yaxın vaxtlarda tərk-silah olunacağını gözləyir

Türkiyə hakimiyyəti PKK terror təşkilatının yaxın zamanda tam şəkildə silahı yerə qoyaraq fəaliyyətinə son qoyacağını gözləyir.

APA-nın İstanbul müxbirinin verdiyi məlumata görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Ankara “Terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün səylərini qətiyyətlə davam etdirəcək.

“Əsas dönüş nöqtəsi PKK-nın bütün qolları və qeyri-qanuni elementləri ilə birlikdə silahı yerə qoyaraq özünü buraxması olacaq”, - Çelik qeyd edib.

Seçilən
0
7
apa.az

10Mənbələr