Türkiyə hakimiyyəti PKK terror təşkilatının yaxın zamanda tam şəkildə silahı yerə qoyaraq fəaliyyətinə son qoyacağını gözləyir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Ankara “Terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün səylərini qətiyyətlə davam etdirəcək.
“Əsas dönüş nöqtəsi PKK-nın bütün qolları və qeyri-qanuni elementləri ilə birlikdə silahı yerə qoyaraq özünü buraxması olacaq”, – Çelik qeyd edib.