
Amerikalı sahibkar İlon Maskın “SpaceX” şirkətinin qərargahının yerləşdiyi Texas “Starbase” özünü təmin edən şəhərə çevriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.
“Cənubi Texas ştatında seçicilər İlon Maska həlledici qələbə qazandırdılar, böyük əksəriyyəti “Starbase”in müstəqil bir şəhər kimi yaradılmasını dəstəklədilər”, - hesabatda deyilir.
“The Wall Street Journal”ın məlumatına görə, yerli seçki müşahidəçiləri tərəfindən onlayn yayımlanan nəticələrə əsasən, 218 səsin təxminən 97 faizi şəhərin formalaşmasını dəstəkləyib.