AZ

“SpaceX”in Texas bazası müstəqil şəhər olacaq

Amerikalı sahibkar İlon Maskın “SpaceX” şirkətinin qərargahının yerləşdiyi Texas “Starbase” özünü təmin edən şəhərə çevriləcək.

Bu barədə “Bloomberg” səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.

“Cənubi Texas ştatında seçicilər İlon Maska həlledici qələbə qazandırdılar, böyük əksəriyyəti “Starbase”in müstəqil bir şəhər kimi yaradılmasını dəstəklədilər”, - hesabatda deyilir.

“The Wall Street Journal”ın məlumatına görə, yerli seçki müşahidəçiləri tərəfindən onlayn yayımlanan nəticələrə əsasən, 218 səsin təxminən 97 faizi şəhərin formalaşmasını dəstəkləyib.

Xatırladaq ki, ötən il dekabrın 13-də “SpaceX” kosmik korporasiyasının qərargahının Texas ştatının “Starbase” şəhərinə köçürüldüyü barədə məlumat yayılıb. Yeni Texas şəhərinin adı (Starbase) birbaşa olaraq “kosmik baza” kimi tərcümə olunur və eyni zamanda “SpaceX” raket proqramının adını təkrarlayır. Şəhər eyniadlı kosmodromun yaxınlığında yerləşir və Mask raketlərini oradan buraxır. \\Yeniavaz.com 

Seçilən
0
3
hurriyyet.az

4Mənbələr