AZ

Naxçıvan Məhkəməsindən hakimin qərarı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva özünün müraciət etdiyi iş üzrə qərar qəbul edib.

Modern.az mövzu ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin mövqeyini öyrənib.

Məhkəmə mövqe ifadə edərək bildirib ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə verilib. Məhkəmənin hakimi Əliyeva Gülsüm Kamal qızı obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir.

 

Seçilən
0
2
modern.az

8Mənbələr