Naxçıvan Şəhər Məhkəməsi mövqe ifadə edərək bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə verilmişdir. Məhkəmənin hakimi Əliyeva Gülsüm Kamal qızı obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz etmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən özü-özünə etiraz etmiş hakimin etirazıa baxmalı olan məhkəmənin sədri iş üzrə tərəf (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs) Gülnar Səfərəliyeva olduğundan etiraza baxılması məsələsi məhkəmənin sədri tərəfindən həll edilməsinin cinayət prosessual qanunvericiliyin tələbinə zidd olması nəzərə alınaraq iş və hakimə etiraz baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilmişdir.